Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı pulqabısı və telefonlarının oğurlanması barədə yayılan məsələyə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bloqerin pulqabısı və telefonlarının oğurlanması barədə quruma heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, aparıcı və bloger Ramal İsayev Nicat Şakirlinin pul qabının və telefonunun oğurlandığını iddia etmişdi. Pepperoni pizza
Telegram kanalımız