Niyamın biznesi yenə çökdü - Külli miqdarda borcu var

saytların hazırlanması

Evə çatdırılma

Niyamın biznesi yenə çökdü - Külli miqdarda borcu var

Şou

29 Avqust 2019 11:47 1363


Müğənni Niyam Salaminin restoran biznesində bəxti yenə də gətirməyib.

"Yeni Sabah" Axşam.az-a istinadən xəbər verir ki, yay mövsümü başlayanda sənətçi "İzmir" restoranını götürərək, oranı işlətməyə başladığını açıqlamışdı. 

Niyam hətta şou-biznes nümayəndələrini də başına yığaraq, təmtəraqlı açılış edib. Bu günlərdə isə əldə etdiyimiz məlumata görə, Salaminin burada da işi uğurlu alınmayıb. Sənətçi restoran rəhbərliyi ilə yollarını ayırmalı olub. pizza

Buna zəmin yaradan isə onun gözlənilən qazancı əldə etməməsidir. Hətta Niyamın məkanın sahibinə külli miqdarda borcu yığıldığı da bildirilir.

Qeyd edək ki, Niyam bundan əvvəl də bir neçə restoranı götürüb, işlətmiş və müflis olmuşdu. Ötən yay isə o, müğənni Samir Piriyevlə Bodrumda restoran biznesinə girib. Amma iş alınmadığı üçün sənətçilər arasında qalmaqal yaşanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!