Tarixi binanı korlayanlardan biri yüksək vəzifəli şəxsin qızı imiş   - ADLAR

saytların hazırlanması

Evə çatdırılma

Tarixi binanı korlayanlardan biri yüksək vəzifəli şəxsin qızı imiş - ADLAR

Sosial

03 Aprel 2026 18:32 28289


Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 11-ci sinif şagirdi Münəvvər Taleh qızı Bərxudayeva, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 10-cu sinif şagirdi Layla Samir qızı Muradi, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Farid qızı Qaraşlı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və "Instagram"da "temacreworiginal" adlı hesabda öz qraffiti nümunələrini paylaşıb. Pepperoni pizza

Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, "Denizkala" şirkətində menecer işləyir.

Layla Muradinin atası Muradi Samir "Best Events" MMC şirkətinin baş direktorudur.

Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur.

Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə "Hallibörton Yeureyja Limited" şirkətinin filialında xidmət operatorudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tahir Əıiyev
    Bu yaramazların niyyəti görəsən nə olub.Teleqram kanalı bunu açıqlasa yaxşı olar.
    1 month ago
  • Mahmud Mımmədov
    Pul çox olanda mənəviyyatsızlar qudurur..Onlara söz demək olmaz, birinin kim olduğu bilinmir, o birilər də gələcəkdə xaricdən Azərbaycanı söyənlərdir.
    1 month ago