“Orhan Pamuk Atatürkü ələ salıb”.
Yenisabah.az “Oda TV”yə istinadla xəbər verir ki, türk saytının yazarı Sevda Kaynar bu qənaətdədir.
Nobel mükafatı laureatının son əsəri “Vəba gecələri” adlanır. Romandakı hadisələr uydurma bir adada cərəyan edir. Lakin hadisələrin Sultan Əbdülhəmid dövrünə baş verdiyi qeyd olunur. Pepperoni pizza
Vəba epidemiyasının tüğyan etdiyi adaya sultan şəxsi həkimi doktor Nurini göndərir. Eyni zamanda, 7 donanma ərazini mühasirəyə alır. Sonra üzərində əczaçılıq emblemi olan bayraqla komandan Kolağası Kamil adlı şəxs qiyam qaldırır.
Sevda Kaynar hadisələrin əvvəlki və sonrakı ardıcıllığına işarə edərək məcazi adanın Türkiyə, Birinci Dünya müharibəsi və Qurtuluş savaşına bənzərliyinə işarə edir. Yazarın fikrincə, komandan Kamilin timsalında Orhan Pamuk Atatürkün komik obrazını yaradıb. Həqiqətən, romanda Kamilin sonradan Cümhuriyyət prezidenti olduğu qeyd olunur.
“Niyə Mustafa Kamal Atatürkün xatirəsinə belə bir hücum həyata keçirilib? Bu əsər də sifarişlə yazılıbmı?” – deyə Sevda Kaynar ritorik suallar qaldırır. Yazarın son qənaəti budur: “Orhan Pamuk Atatürkü ələ salıb”.
Telegram kanalımız