Norveçin baş naziri Yonas Qor Störe Ukraynaya maliyyə dəstəyini 2025-ci ildə təxminən 2,7 milyard dollara çatdırmaq niyyətində olduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu il həmin yardım 2,4 milyard dollar olub.
Norveç hakimiyyəti Ukraynaya illik yardımın göstərilməsi müddətini 2030-cu ilə qədər uzadıb və bu məqsədlər üçün hər il əlavə olaraq 475 milyon dollar ayırmaq niyyətindədir. Kiyevə 2030-cu ilə qədər ümumi yardımın 12,8 milyard dollara, ukraynalılara birbaşa yardıma təxminən 5,7 dollara qədər artacaq. pizza
Bundan əlavə, Norveç 2024-2025-ci illərdə Ukraynaya altı F-16 qırıcısı tədarük etmək niyyətindədir və ukraynalı pilotların Danimarkada təlim keçməsinə yardım edir.
Telegram kanalımız