Norveçdə naməlum şəxs ox və yayla bir neçə nəfəri öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Norveçdə naməlum şəxs ox və yayla bir neçə nəfəri öldürdü

Dünya

13 Oktyabr 2021 23:49 887


Norveçin Konqsberq şəhərində naməlum şəxs bir neçə nəfəri öldürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “VG” qəzeti polisə istinadən yazıb. Bildirilir ki, cinayətkar şəxs qurbanlarını ox və yayla vurub.

“Bu hadisələr nəticəsində bir neçə yaralı və bir neçə ölən var”, - deyə cənub-şərq polis dairəsinin rəhbəri Eyvind Aas bildirib. Dördpendirli pizza

Şübhəli şəxs saxlanılaraq nəzarətə götürülüb. Onun haqqında hələlik başqa məlumat yoxdur. Cinayətkarın təkbaşına hərəkət etdiyi deyilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!