Notr-Dam kilsəsi yanğından sonra yenidən istifadəyə verilib

saytların hazırlanması

Evə çatdırılma

Notr-Dam kilsəsi yanğından sonra yenidən istifadəyə verilib

Dünya

08 Dekabr 2024 07:51 518


Parisdə 2019-cu ildə baş vermiş yanğından sonra Notr-Dam kilsəsinin açılışı olub.

“Yeni Sabah” xəbər verir ki, açılışda müxtəlif ölkələrin şahzadələri, prezidentləri, baş nazirləri və din xadimləri iştirak ediblər.

Kafedralın yerli vaxtla saat 19:00-da baş tutan açılış mərasimində 40 min tamaşaçı gözlənilsə də, güclü külək və yağıntılı hava şəraitinə görə bundan on dəfə az ziyarətçi olub. Kafedralın qarşısındakı meydanda açılış mərasiminin bir neçə mərhələsi, eləcə də Prezident Emmanuel Makronun çıxışı, kafedralın yenidən qurulmasını əks etdirən filmin nümayişi və böyük konsert planlaşdırılsa da, hava şəraiti səbəbindən bu baş tutmayıb. Toyuqlu pizza

Qeyd edək ki, 340 min donorun hesabına toplanmış 846 milyon avrodan 700 milyonu Notr-Dam kafedralının yenidən qurulmasına xərclənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!