Növbəti dünya çempionatı bu 3 şəhərdən birində keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Növbəti dünya çempionatı bu 3 şəhərdən birində keçirilə bilər

İdman

05 Dekabr 2022 15:15 1031


FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün 3 variantı nəzərdən keçirir.

Yenisabah.az ESPN-ə istinadən xəbər verir ki, bu barədə FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri Arsen Venger bildirib.

Turnir eyni vaxtda 3 ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək. 2017-ci ildə FİFA 2026-cı il turnirindən başlayaraq dünya çempionatında iştirakçıların sayını genişləndirmək qərarına gəlib. Artıq növbəti mundialda 32 yox, 48 komanda iştirak edəcək. Onlar 3 komandadan ibarət 16 qrupa bölünəcək, hər qrupdan isə ilk 2 yerin sahibi pley-offa yüksələcək. Venger isə FİFA-nın mundial üçün daha yeni format müəyyənləşdirə biləcəyini deyib:  Pepperoni pizza

“Bu variant hələ qəbul edilməyib. Lakin turnirdə ya hər biri 3 komandadan ibarət 16 qrup olacaq, ya 4 komandadan ibarət 12 qrup olacaq, ya da turnir iki yerə bölünəcək. Hər birində 6 qrup və 4 komanda olacaq. Digər ehtimal isə millilərin iki hissəyə bölünməsidir. Belədə hər hissədə dörd komandalı altı qrup yarana bilər. Bu məsələyə mən qərar vermirəm, FİFA Şurası qərar verəcək. Düşünürəm ki, reqlament gələn il təsdiqlənəcək"./Qol.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!