Növbəti “El-Klassiko”nun vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Növbəti “El-Klassiko”nun vaxtı açıqlandı

İdman

23 Fevral 2022 21:43 604


İspaniyanın "Real Madrid" və "Barselona" komandaları arasında növbəti “El-Klassiko”nun vaxtı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Əzəli rəqiblər martın 20-də 29-cu tur çərçivəsində "Santyaqo Bernabeu" stadionunda qarşılaşacaq. pizza hut

Qeyd edək ki, iki komanda arasında cari mövsümün ilk hissəsində baş tutmuş görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 25 turdan sonra "Real Madrid" 57 xalla turnir cədvəlinə başçılıq edir. 24 oyun keçirmiş "Barselona" isə 42 xalla dördüncüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!