Novruz Məmmədov onların maaşlarını qaldırdı –   Qərar

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədov onların maaşlarını qaldırdı – Qərar

İqtisadiyyat

09 Avqust 2019 05:45 2882


Baş nazir Novruz Məmmədov “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli qərarına dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişiklik “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezidentinin 2019-cu il 18 iyun tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə olunub.

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:  pizza

- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin: 

Ali kateqoriya dövlət orqanlarında vəzifə maaşları 310 (əvvəl 220) manat; 

1-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 295 (əvvəl 210) manat; 

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında vəzifə maaşları 280 (əvvəl 200) manat; 

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 260 (əvvəl 180) olub.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!