Novxanıda qətlə yetirilmiş şəxsin yaxınları axtarılır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Novxanıda qətlə yetirilmiş şəxsin yaxınları axtarılır - Foto

Kriminal

09 Dekabr 2021 18:18 966


Sumqayıtda qətlə yetirilən şəxsin kimliyi hələ də müəyyənləşməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Prokurorluğunda Əlixanov Ramin Fərman oğlunun 28.09.2021-ci il tarixdə saat 23 radələrində gözətçi işlədiyi Sumqayıt şəhəri, Novxanı bağları, 2 aprel küçəsi, V massivi, ev 319 ünvanında aralarında yaranan mübahisə zamanı şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxsi evin həyətindən götürdüyü külünglə qəsdən öldürməsi faktına görə 29.09.2021-ci il tarixdə CInayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanılan cinayət işi üzrə ibtidai istintaq aparılır. pizza mizza

Meyitin xarici müayinəsi zamanı əynində tünd göy rəngli şalvarın olması, boyunun uzunluğu 163 sm, gözlərinin qəhvəyi rəngli olması, 45-60 yaşlarında bədən səthində hər hansı fərqləndirici iz və ya ləkənin olmaması müəyyən edilib.

Həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirlərinə baxmayaraq zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

"Odur ki, fotoşəkildəki şəxsi tanıyanlardan 961, 050-412-02-01 və 018-654-01-54 saylı mobil nömrələr ilə əlaqə saxlaması xahiş olunur", - məlumatda qeyd edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!