Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - Video

Siyasət

25 Sentyabr 2020 22:11 1333


Dünyanın nüfuzlu televiziya kanalı  TRT WORLD Ermənistan-Azərbaycan münaqişəsinin insanların həyatına vurduğu ağır zərbələrdən bəhs edən daha bir sənədli film yayımlayıb. 

Yenisabah.az xəbər verir ki, filmdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.

Qeyd edək ki, Gülməmməd Məmmədov Laçın rayonundan məcburi köçkün düşüb. 14 yaşında ilk dəfə parta arxasında əyləşən Gülməmməd Məmmədov bütün çətinliklərə baxmayaraq təhsildə böyük uğurlar əldə edib. Bakı Dövlət Unversitetinin Fizka fakültəsinə daxil olan Gülməmməd Məmmədov təhsilini İtaliyada, daha sonra isə ABŞ-ın nüfuzlu Sirakuz Universitetində davam etdirərək, elmlər doktoru, professor dərəcəsinə yüksəlib. pizza hut

İngilis dilli auditoriya üçün nəzərdə tutulan “Dağlar oğlu” sənədli filmdə Gülməmməd Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin ağır fəsadlara yol açdığını, insanların həyatında kədərli izlər buraxdığını bütün kontekslərdə izah edir.

Xatrladaq ki, filmin çəkilişləri Bakı şəhəri ilə yanaşı Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.         

/Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!