Rusiya ordusunun nüvə infrastruktur obyektlərinə zərbələri istisnadır.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Ondan Kiyevin Rusiya pilotsuz təyyarəsinin Çernobıl AES-in dağıdılmış dördüncü enerji blokunun sığınacağına daxil olması ilə bağlı iddialarına münasibət bildirməsi istənilib: Dominos pizza
"Məndə dəqiq məlumat yoxdur. Amma bir şeyi bilirəm: hər hansı nüvə infrastrukturu obyektlərinə, nüvə enerjisi infrastrukturuna zərbələr endirilməsindən söhbət gedə bilməz. Ona görə də iddialar doğru deyil. Çox güman ki, söhbət daha bir təxribatdan, saxtakarlıqdan gedir".
Telegram kanalımız