Nyu-Yorkda marixuana əkməyə icazə verilir:   Çəkmək də sərbəstdir

saytların hazırlanması

Evə çatdırılma

Nyu-Yorkda marixuana əkməyə icazə verilir: Çəkmək də sərbəstdir

Dünya

29 Mart 2021 14:24 1566


Marixuananın əyləncə və tibbi məqsədlə istifadəsi ABŞ-ın Kolorado, Vaşinqton, Oreqon, Alyaska, Men, Massaçusetts, Nevada və Kaliforniya ştatlarında sərbəstdir.

Yenisabah.az xəbər verir ki, artıq Nyu-York ştatında da əyləncə məqsədli marixuana istifadəsi, satışı və becərilməsinə qoyulan qadağa aradan götürülür.

Qanuna əsasən, 21 yaşdan yuxarı Nyu-Yorklular marixuananı həzz almaq üçün istifadə edə biləcəklər. pizza hut

Marixuana satışı qanuni icazəsi olan pərakəndə mağazalarda mümkün olacaq və 13 faiz vergi ödəyən hər kəs bəyannamə vermək şərti ilə evində bu bitkini yetişdirə bilər.

Bildirək ki, hazırda Uruqvay, Hollandiya, Zimbabve, Cənubi Afrika və Portuqaliya kimi ölkələrdə marixuananın əyləncə məqsədilə istifadəsi leqaldır. Onun tibbi istifadəsini tətbiq edən ölkələr sırasına isə Avstraliya, Kanada, Çili, Kolumbiya, Almaniya, Yunanıstan, İsrail, İtaliya, Hollandiya, Peru, Polşa daxildir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!