O, bir daha evlənmək istəmir

saytların hazırlanması

Evə çatdırılma

O, bir daha evlənmək istəmir

Şou

05 Noyabr 2021 07:24 956


Uzun müddət birlilikdən sonra məşhur aktrisa Ancelina Colidən ayrılan Hollivud ulduzu Bred Pitt şəxsi həyatdan imtina etməyi və bir daha evlənməməyi düşünür.

Bu barədə ulduzun yaxınları bildiriblər.

57 yaşlı sənətçinin tanışları əmin edirlər ki, o, keçmiş həyat yoldaşı ilə boşanma prosesindən sonra üzərinə düşən böyük məsuliyyət yükü səbəbindən qadınlarla tanışlıq və görüşü prioritet hesab etməyi dayandırıb. Onun bir neçə görüşə getdiyi, lakin bunun ciddi bir şeyə səbəb olmadığı bildirilir. Bundan əlavə, Pitt Coli ilə birgə övladlarının qəyyumluğu barədə məhkəmədə çəkişməyə davam edir. Dördpendirli pizza

“Bred çox işləyir və mümkün qədər pozitiv olmağa çalışır. Ancelina ilə müharibə həqiqətən də Bredə öz təsirini göstərdi. Xoşbəxtlikdən, onun inanılmaz iradə gücü və gözəl dəstək qrupu var”, - deyə tanışlarından biri bildirib. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!