“O müğənnilər maşını, evi sənətləri ilə almayıblar“ - Samirə əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“O müğənnilər maşını, evi sənətləri ilə almayıblar“ - Samirə əsəbləşdi

Şou

03 Fevral 2022 13:09 2274


Bir müddət əvvəl bəzi sənətçilərin efirdə qonaq olarkən maddi sıxıntı yaşadığını deməsi müzakirələrə səbəb oldu.

Çox adam məşhur sənətkarların maddi problemi olduğuna inanmaq istəmədi. Bəziləri digər həmkarları ilə onları müqayisə etdi.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni, meyxanaçı Samirə Yusifqızı illərdir səhnədə olan həmkarları ilə gəncləri müqayisə edib. Marqarita pizza

Onun sözlərinə görə, bu gün heç də hər kəs bahalı maşınları, lüks evləri sənəti hesabına qazanmayıb:

“Bizim illərdir səhnədə olan sənətçi dostlarımız var. Ruhəngiz Allahverdiyeva, Firuzə İbadova kimi xanım sənətkarlarımız var. Onlar ən yaxşı halda Əməkdar artist fəxri adına layiq görülüblər. İllərdir sənətdə can qoymuş adamlardırlar. O cür sənətləri, səsləri var, gözəl qadındırlar. Onlara kim ev, maşın bağışlayıb? Heç kim! Bu gün biri kirayədə yaşayır, Firuzə İbadova bir otaqlı evdə qalırsa, bu nə deməkdir?! O boyda sənətkarların bu gün maddi durumları belədirsə, amma başqa müğənnilərə ev, bağ, maşınlar bağışlanırsa, əlbəttə ki, bu biz sənətçilərin də adına xələl gətirir. Hamını eyniləşdirmək olmaz”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!