Xətai Rayon Məhkəməsində “OBA” marketə basqın edərək oğurluq etməyə cəhd edən 1998-ci il təvəllüdlü Ağa Məmmədova ( ad və soy adlar şərtidir) hökm oxunub. O, Cinayət Məcəlləsinin 29.180.2.3-cü (soyğunçuluğa cəhd) maddəsi ilə təqsirli bilinib.
“Yeni Sabah” xəbər verir ki, hadisə bu ilin martın 15-də Xətai rayonunda baş verib. Araşdırmalar zamanı məlum olub ki, A. Məmmədov axşam saatlarında yaşadığı ünvandan çıxaraq “OBA” marketə daxil olub və kassada oturan şəxsin yerində olmadığını görüb. Bu zaman o kassadan pul götürmək fikrinə düşüb. Bu məqsədlə açarı üzərində olan kassa aparatının yerləşdiyi masanın arxasına keçərək, aparatı açan zaman, mağazanın əməkdaşı Əlirza Nəcəfov onu görüb və səslənərək “nə işin var sənin kassanın yanında?” deyə qışqırıb. O, tez fürsətdən istifadə edib kassanı açaraq, miqdarını bilmədiyi pulu götürərək, mağazadan çıxıb və qaçmağa başlayıb. Əlirza da arxasınca qaçıb. Mağazadan təxminən 150 metr aralıda, arxasınca qaçan mağaza əməkdaşı onu saxlayıb və onlar birlikdə mağazaya qayıdıblar. Mağaza işçisi ondan kassadan nə qədər pul götürdüyünü soruşduqda, əynində olan şalvarın cibindən oğurladığı pulu çıxardıb və məlum olub ki, kassadan ümumilikdə 450 manat pul oğurlayıb. Bundan sonra, mağazanın işçisi hadisə barədə polisə zəng edərək məlumat verdikdən sonra, polis əməkdaşları gələrək, onu bölməyə aparıblar.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ağa Məmmədov bu əməli maddi cəhətdən vəziyyəti ağır olduğundan törətdiyini bildirib və yüngül cəza təyin edilməsini xahiş edib. Toyuqlu pizza
Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən hüquqi şəxs "OBA" MMC-nin nümayəndəsi hüquqşünas ifadəsində bildirib ki, onlar hadisə nəticəsində oğurlanmış 450 manat pulu təhvil alıblar. O, göstərilənlərə əsasən, məhkəmədən iş üzrə təqsirləndirilən şəxsə qanuni və ədalətli cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Ağa Məmmədovun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Nəzrin Cavadzadə
Telegram kanalımız