“Oğluma söz verirəm ki, bir daha rəqs etməyəcəm”

saytların hazırlanması

Evə çatdırılma

“Oğluma söz verirəm ki, bir daha rəqs etməyəcəm”

Şou

02 Oktyabr 2025 13:45 447


"Bu yaxınlarda oğlum Hüseynlə xoşa gəlməyən hadisə yaşadıq. Müğənni Elvin Babazadənin ad günündə o oxuyur, mən də rəqs edirdim. Elvin məni fırlatdı, bütün sosial şəbəkələrdə paylaşıldı, çoxlu şərhlər yazıldı. Bu şərhlər övladlarıma pis təsir etdi".

Yenisabah.az xəbər verir ki, bunu rəqqasə Fatimə Fətəliyeva "Gün ortası" proqramında danışıb.

O bildirib ki, sosial şəbəkədə yayılan videosuna görə oğlu Hüseyn onunla dalaşıb: Marqarita pizza

"Otağına girdim, gördüm bütün şəkillər, aksesuarlar sınıb. Ona söz verirəm ki, daha rəqs etməyəcəm. Ananız başıaşağı hərəkət etməyib. Hər şeyi zəhmətimlə, əziyyətimlə qazanmışam: Yaşadığım ev, sürdüyüm maşın. Məclisdə oynaya, əylənə bilərik. Onlara yazılan şərhləri görən övladlarımız stress yaşayırlar. Oğlumun keçid yaşıdır, psixologiyasında travma yaradır. Bundan sonra məclislərdə rəqs etsəm də, sakit edəcəm".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!