Oğlunun toyuna hazırlaşan ata intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Oğlunun toyuna hazırlaşan ata intihar etdi

Hadisə

29 Oktyabr 2021 15:05 1122


Qax rayonunda intihar hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. Dominos pizza

Qeyd edək ki, intihar edən Nadir Musayevin oğlunun oktyabrın 30-da toy mərasimi keçiriləcəkdi.(APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!