Oğru ifşa olundu: Televizor, soyuducu, paltaryuyan, xalça...

saytların hazırlanması

Evə çatdırılma

Oğru ifşa olundu: Televizor, soyuducu, paltaryuyan, xalça...

Kriminal

09 Noyabr 2021 17:10 729


Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri oğurluq əməlini törədən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş İlkin Məmmədov saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Məmmədov rayon ərazisində yerləşən bir fərdi yaşayış evindən 2900 manat dəyərində məişət əşyaları və naqil, digər evdən isə 3 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, xalça, su mühərriki və samovar oğurlayıb. Toyuqlu pizza

Həmin şəxs saxlanılan zaman isə onun idarə etdiyi “VAZ-2101” markalı avtomobildən bir ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!