“Oğul itkisi, onkoloji xəstəlik məni bu günə qoydu“ - Kübra Əliyeva əməliyyatdan sonra

saytların hazırlanması

Evə çatdırılma

“Oğul itkisi, onkoloji xəstəlik məni bu günə qoydu“ - Kübra Əliyeva əməliyyatdan sonra

Mədəniyyət

18 İyun 2021 12:58 1883


Əməkdar artist Kübra Əliyeva üzündə plastik dəyişiklik etdirməsinin səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, aktrisa "Elgizlə izlə" proqramında üzünün çox yaşlandığını deyib. O bildirib ki, yaşadığı çətin həyat onu bu cür edib:

"Keçmiş üzümü həyatda heç kimə göstərməzmişəm. Nə gündə imişəm. İndi yaxınlarıma göstərirəm. Deyirlər ki, bu nədir? İllərimin dərdi, çəkdiyim müsibətlər, oğul itkisi, fikirləşmək... 110 kiloqram olan Kübra birdən-birə 70-ə düşdü. Onkoloji xəstəlik, kimyaterapiya... Bunlara görə düşmüşdüm. İndi düzəldim. Üzümə kök hüceyrə etdirdim. Bacım üzərlik yandırıb ki, göz dəyər. Bunu etməyə də bilərdim. Xalq üçün etdim. Məni görəndə bəyənsinlər". pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!