Oğurladıqları 10 min dolları görün harda gizlədiblər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Oğurladıqları 10 min dolları görün harda gizlədiblər - Fotolar

Kriminal

28 Fevral 2022 09:36 580


Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Polis şöbəsinə müraciət edən zərərçəkən 9300 ABŞ dolları və 4 min manat pulunun, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri - Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov tutularaq istintaqa təhvil veriliblər.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkənin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, ABŞ dollarını isə bankaya qoyaraq iz itirmək məqsədilə N. Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar. Keçirilmiş tədbirlərlə qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb. Sezar pizza

Ş. Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!