Oğurlanan əşyaları  onlayn alış-veriş saytında satmaq istədilər

saytların hazırlanması

Evə çatdırılma

Oğurlanan əşyaları onlayn alış-veriş saytında satmaq istədilər

Kriminal

19 Mart 2022 13:11 396


Paytaxtın Keşlə qəsəbəsində yerləşən evlərdən oğurluq edənlər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov və Zaur Əliyev saxlanılıblar.

Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Pepperoni pizza

Araşdırmalar zamanı dəstə üzvlərinin Sabunçu rayonunda daha 3 evdən oğurluq etdiyi müəyyən edilib.

Qurban Məhərrəmov və Zaur Əliyev evlədən oğurladıqları əşyaları  tanışları Müşfiq Həmidovun köməkliyi ilə onlayn alış-veriş saytlarına yerləşdiriblər. Orada həmin əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər.  

Müşfiq Həmidov da polislər tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!