Oğuzda ağaca çırpılan avtomobilin mühərriki yerindən çıxdı, xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda ağaca çırpılan avtomobilin mühərriki yerindən çıxdı, xəsarət alan var

Hadisə

24 Oktyabr 2021 19:19 934


Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxaraq bir neçə metr kənara düşüb. pizza mizza

Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!