Oğuzda əvvəllər işlədiyi obyektdən oğurluq edən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda əvvəllər işlədiyi obyektdən oğurluq edən tutuldu

Kriminal

09 Oktyabr 2022 14:12 1009


Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən oğurluq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildiirlib ki, Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 3 000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib. pizza sifarişi

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər həmin obyetdə işləyən Təvəkkül Salahlı tutularaq istintaqa təhvil verilib.

O, ifadəsində əməlini etiraf edib və ümumilikdə 4 dəfə müxtəlif vaxtlarda həmin məntəqəyə daxil olaraq pulları hissə-hissə oğurladığını bildirib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!