Oğuzda “Niva“ ağaca çırpıldı, sürücü xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda “Niva“ ağaca çırpıldı, sürücü xəstəxanaya yerləşdirildi

Hadisə

01 Yanvar 2020 18:57 1285


Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə bugün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Ələsgər Kazım oğlu Kazımzadə idarə etdiyi "99-MR-833" dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobillə Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Marqarita pizza

Hadisə zamanı 22 yaşlı Ə.Kazımzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!