Oğuzda döyüşə yararlı qumbara və avtomat patronları tapılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, qanunsuz silah-sursat Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının birgə əməliyyatı zamanı aşkarlanıb.
Oğuz rayonunun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu tapılıb və zərərsizləşdirilib. Toyuqlu pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız