Oktyabr ayında ən çox bahalaşan və ucuzlaşan məhsullar AÇIQLANIB

saytların hazırlanması

Evə çatdırılma

Oktyabr ayında ən çox bahalaşan və ucuzlaşan məhsullar AÇIQLANIB

İqtisadiyyat

02 Noyabr 2025 09:19 272


Cari ilin oktyabr ayında dünyada ən çox bahalaşan məhsul kobalt, ən çox ucuzlaşan məhsul isə portağal şirəsi olub.

"Yeni Sabah" xəbər verir ki, bu, "ICE Futures", "CME Group" və Şanxay Metal Birjasının məlumatlarında yer alıb.

Məlumata görə, polad və elektrik batareyalarının istehsalında geniş istifadə olunan kobaltın qiyməti oktyabr ayında aylıq ifadədə 28.5% artıb. Digər metallardan palladium 15.8%, litium isə 9.5% bahalaşıb. Sezar pizza

Oktyabr ayında dünyada ən çox ucuzlaşan məhsul isə 23.3% azalma ilə portağal şirəsi olub. Donuz ətinin (18%) və nadir metal olan neodimiumun (13.4%) qiymətləri də kəskin surətdə aşağı düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!