Ölən hakim bu şəhidin qızı imiş

saytların hazırlanması

Evə çatdırılma

Ölən hakim bu şəhidin qızı imiş

Hadisə

22 Dekabr 2025 23:05 860


Xəbər verdiyimiz kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Novxanı–Pirşağı yolunda qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub və hakim hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. pizza hut

Prezident İlham Əliyevin sərəncamı ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, Aynur Rzayeva Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunmuşdu.

Qeyd edək ki, Aynur Rzayeva şəhid övladıdır. Onun atası, Rzayev Tapdıq Köçəri oğlu, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Kərkicahan hücumları zamanı erməni silahlı dəstələri tərəfindən qətlə yetirilib./Ajans.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!