Öləndən 8 il sonra adna cərimə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Öləndən 8 il sonra adna cərimə gəldi

Kriminal

28 Aprel 2019 03:06 994


Oğuzda 8 il əvvəl ölən şəxsin adına cərimə sənədi gəlib.

Rayonun Muxas kənd sakini Ələsgər Ələkbərovun adına icra və probasiya şöbəsindən məktub gəlib. Sənəddə 2011-ci il aprelin 4-də Oğuz Məhkəməsinin qərarı ilə cərimə təyin edildiyi qeyd olunub və bu səbəbdən də mayın 2-də icra şöbəsinə gəlməli olduğu göstərilib.

Maraqlısı isə odur ki, dəvət olunan Ələsgər Ələkbərov 8 il əvvəl, məhkəmə qərarından 6 ay sonra dünyasını dəyişib. pizza hut

Məsələ ilə bağlı Vəkil Anar Ramazanov bildirir ki, bu qədər müddətdən sonra icra şöbəsi tərəfindən hər hansı bir şəxsə tələb yönəltmək qanunla düzgün deyil.

Anar Ramazanov deyir ki, mərhumun yaxınları məhkəmə yolu ilə qərarı ləğv etdirə bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!