“Olimp Construction” şirkətinin nizamnamə kapitalı KƏSKİN AZALDI

saytların hazırlanması

Evə çatdırılma

“Olimp Construction” şirkətinin nizamnamə kapitalı KƏSKİN AZALDI

İqtisadiyyat

15 Avqust 2025 14:58 363


“Olimp Construction” MMC nizamnamə kapitalının 19 milyon 975 min manat azaldıldığı barədə debitor və kreditorlarını xəbərdar edib.

Yenisabah.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 21 milyon 265 min manata düşüb.

Qeyd edək ki, “Olimp Construction” MMC 41 milyon 240 min manat nizamnamə kapitalına malik idi.  pizza sifarişi

Cəmiyyətin kreditorlarının bir ay müddətində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

2016-cı ildə vergi uçotuna alınmış şirkətin direktoru Süleymanov Qəhrəman Fərman oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!