“Olimpiakos“ “Neftçi“nin futbolçusu ilə bağlı fikrini dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

“Olimpiakos“ “Neftçi“nin futbolçusu ilə bağlı fikrini dəyişdi

İdman

11 Noyabr 2021 13:45 752


"Olimpiakos" icarə əsasında "Neftçi"də çıxış edən futbolçusu Mamadu Kane ilə bağlı fikrini dəyişib. 

Yenisabah.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək Bakı təmsilçisində qalacaq. "Olimpiakos"un belə qərar verməsinə səbəb Kanenin "Neftçi"də daha çox oyun təcrübəsi qazanmaq şansının olmasıdır. 

Bundan əvvəl isə Yunanıstan klubunun qışda Kaneni heyətinə qaytaracağı bildirilmişdi.  pizza hut

Qeyd edək ki, yay fasiləsində “Olimpiakos”a transfer olunan Mamadu Kane birillik “Neftçi”yə icarəyə verilib. Onun yunanlarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!