“Olimpiakos“ yeni ulduzunu “Qarabağ”la oyunlar üçün sifariş etdi

saytların hazırlanması

Evə çatdırılma

“Olimpiakos“ yeni ulduzunu “Qarabağ”la oyunlar üçün sifariş etdi

İdman

03 Sentyabr 2022 12:34 1263


Azad agent kimi Yunanıstanın "Olimpiakos" klubuna transfer olunan Marselo Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunlarda iştirak edəcək.

Yenisabah.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, Braziliya millisinin və "Real”ın (Madrid) sabiq müdafiəçisi Avropa Liqasının qrup mərhələsinin matçları üçün sifariş edilib.

34 yaşlı müdafiəçi ilə yanaşı Pirey təmsilçisinin daha 4 yeni transferi - Pep Biel, Panayotis Retsos, Hvan Uy Co və Coş Boulerin adı UEFA-ya göndərilən sifariş ərizəsinə salınıb. Pepperoni pizza

Xatırladaq ki, "Qarabağ"la "Olimpiakos"un ilk oyunu oktyabrın 6-da Pireydə, cavab matçı oktyabrın 13-də Bakıda keçiriləcək. Bu komandaların yarışdığı G qrupunda “Frayburq” (Almaniya) və “Nant” (Fransa) da mübarizə aparacaq./Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!