Avropa Liqasının qrup mərhələsində növbəti oyunlarını "Qarabağ"a qarşı keçirəcək "Olimpiakos"un zədəli futbolçusu Usseynu Banın durumu ciddidir.
Yenisabah.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, mərkəz müdafiəçisinin bud əzələsində problem var.
Seneqallı futbolçunun yerli çempionatda "Atromitos" və Avroliqada "Qarabağ"la oyunları buraxacağı bildirilib. Sezar pizza
Xatırladaq ki, Yunanıstan klubunda digər mərkəz müdafiəçisi Panayotis Retsos, qapıçı Tomas Vatslik və hücumçu Hvan Uy Co da zədəlidir.
Oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında növbəti görüş isə oktyabrın 13-də Bakıda olacaq.
Telegram kanalımız