“Ölkədə koronavirus tüğyan edir” – Rəşid Mahmudov

saytların hazırlanması

Evə çatdırılma

“Ölkədə koronavirus tüğyan edir” – Rəşid Mahmudov

Sağlamlıq

20 İyun 2020 08:46 2951


“Ölkəmizdə də bu vəziyyət hələ çox davam edə bilər. Çünki insanlarımızın çox inanmır, hətta ziyalılar inanmır ki, koronavirus var. İnsanlar bunun çox qorxulu bir xəstəlik olduğunu bilmir. Düşünürlər ki, bu da bir növ  qripdir, sovrulub keçəcək”.

“Yeni Sabah” xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Tibb Universitetinin dosenti (ATU) Rəşid Mahmudov deyib. O, bildirib ki, hazırda koronavirus bir neçə mərhələdə hücuma keçir: 

“Ona görə də ölkədə koronavirus tüğyan edir. Gigiyenik qaydalara riayət etmək lazımdır, puldan da virus keçə bilər. Əlini pula vurdunsa yu, evdən çıxıb gəldinsə, yu. Maskadan istifadə çox vacibdir. Sanki qəsdən heç nəyə əməl etmirlər, özləri yoluxub hamıya yayırlar. Bu qaydalara riayət edənlər də yoluxacaq, çünki ailədən bir nəfər laqeydlik edibsə, hamını təhlükəyə atır”. Sezar pizza

Karantin qaydalarının virus təhlükəsi tam aradan qalxmadan yumşaldılmasına münasibət bildirən Rəşid Mahmudov bildirdi ki, əslində  vəziyyət yaxşı idi, lakin insanlar əməl etmədilər: “Mən bunu dəqiq deyirəm, insanların laqeydliyindən oldu. Bunu hər kəs bilməlidir ki, çox qəddar xəstəlikdir, dünyada bu günədək olmamış bir xəstəlikdir, sonunun necə olacağı bilinmir. Hələ ki, virusun nə dərmanı , nə də vaksini var. Yalnız simptomatik müalicə gedir, bununla da iş bitmir. İnsanlar əməl etməlidir, bu, bizə özəl deyil, bütün dünyaya gələn bəladır. Allah insana bu dünyada yaşamaq üçün lazım olan hər şeyi verdi, ancaq onlar top-tüfəng icad edib savaşa çıxdılar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!