Ölkəmizdə pula pul deməyən, sərvətləri ilə göz qamaşdıran QADINLAR -   Görün KİMLƏRDİR?!

saytların hazırlanması

Evə çatdırılma

Ölkəmizdə pula pul deməyən, sərvətləri ilə göz qamaşdıran QADINLAR - Görün KİMLƏRDİR?!

Sosial

25 Mart 2025 16:49 6573


Azərbaycanın ən varlı qadınları arasında tanınmış biznesmenlər, bank sahibləri və digər sahələrdə uğurlar qazanan şəxslər yer alır. Onlar öz sərvətləri ilə ölkə iqtisadiyyatına mühüm təsir göstərən və nümunəvi iş qadınları kimi tanınırlar.

Yenisabah.az onları araşdırıb:

Zərifə Həmzəyeva – "Premium Bank" ASC-nin əsas səhmdarıdır və bankın səhmlərinin 84,5%-nə sahibdir. Həmçinin "Gazelli Group" MMC-nin təsisçisidir. Zərifə Həmzəyeva, 130,6 milyon manatlıq sərvəti ilə Azərbaycanın ən varlı qadınları siyahısında yer alır. pizza mizza

Nigar Mehdiyeva – "Bank BTB" ASC-nin əsas səhmdarıdır və bankdakı payı 74,9%-dir. Bu, 49,8 milyon manatlıq sərvətə bərabərdir.

Yeganə Şirinova – "Günay Bank" və "Günay Sığorta" şirkətlərində pay sahibidir. Ümumi sərvəti 31,2 milyon manatdır.

Validə Abbasova – "Rabitəbank" ASC-də 30%-lik paya sahibdir və bu, 30,4 milyon manatlıq sərvət deməkdir.

Vəfa Vəliyeva – "Muğanbank"da 11,5 milyon manatlıq paya sahibdir.

Fəridə Mehdiyeva – "Muğanbank"da 10,8 milyon manatlıq paya sahibdir.

Dilarə Nuruyeva – "Rabitəbank"da 9,2 milyon manatlıq paya sahibdir.

Cəmilə və Məlahət Əsgərovalar – Hər biri "İpək Yolu" sığorta şirkətində 38,7% paya sahibdir və hər biri 5,7 milyon manatlıq sərvətə malikdir.

Nəzakət İsmayılova – "Meqa Sığorta" şirkətində 4,4 milyon manatlıq paya sahibdir.

Bu qadınlar yalnız sərvətləri ilə deyil, həm də Azərbaycanda biznes dünyasında yaratdıqları təsir və uğurlarına görə geniş tanınırlar. Onların əldə etdiyi nailiyyətlər, ölkədə qadın sahibkarlığının inkişafına mühüm töhfə verir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Saddam
    Çox ağlasığmaz töhvə verirlər
    1 year ago
  • İnşallah
    Çox naraqlıdı????????????
    1 year ago
  • RAHİM
    ONLARIN HEÇ BİRİ. HALAL YOLLA O QƏDƏR PULA MALİK OLA BİLMƏZLƏR. ONLARIN ARXASINDA GÜCLƏR DURUBLAR.
    1 year ago