Ölkəyə külli miqdarda siqaret keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə külli miqdarda siqaret keçirmək istədilər

Kriminal

17 May 2019 09:36 1136


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E220" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda, arxa oturacağın qoltuq altında, arxa səs gücləndiricilərin arasında və motor hissədə gizlədilən 4 000 ədəd "Gold Marlboro Edge" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!