Ölkəyə qanunsuz  keçirilən siqaretlər aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə qanunsuz keçirilən siqaretlər aşkarlandı

Kriminal

13 May 2019 09:23 782


Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Yeni Sabah”a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunun alətlər paneli yerləşən hissəsində və qoltuq altı hissədən ümumilikdə 3600 ədəd "King" markalı siqaret aşkarlanıb.

  Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!