On beş min manata yaxın dələduzluq: İki nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

On beş min manata yaxın dələduzluq: İki nəfər saxlanıldı

Kriminal

13 Sentyabr 2025 16:25 309


Bakının Nəsimi rayonunda iki nəfər polisə müraciət edərək ümumilikdə 14 560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar. pizza

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3 500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini, 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!