On gündür komada olan qazi   vəfat etdi-FOTO

saytların hazırlanması

Evə çatdırılma

On gündür komada olan qazi vəfat etdi-FOTO

Hadisə

19 Yanvar 2026 13:00 1258


Vətən müharibəsinin qazisi Hüseynov Əsgər Qüdrət oğlu vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, bir neçə gün əvvəl Ə.Hüseynovun səhhətində problem yaranıb, tempraturu yüksəlib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə nəticəsində qazidə pnevmoniya (sətəlcəm, ağciyər iltihabı) aşkarlanıb. Aparılan müalicə effekt verməyib, onun tempraturu düşməyib. Nəticədə Ə.Hüseynovun böyrəklərində də problem yaranıb və o, komaya düşüb. On gün komada qalan qazi ağciyər və böyrək çatışmazlığından yanvarın 19-da xəstəxanada dünyasını dəyişib.   pizza sifarişi

Mərhum bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!