“Onlar heç vaxt İlham Əliyevə qarşı deyillər” - Deputat 

saytların hazırlanması

Evə çatdırılma

“Onlar heç vaxt İlham Əliyevə qarşı deyillər” - Deputat 

Siyasət

09 May 2019 06:48 1407


“Yeni Sabah”  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının Reyting.az-a verdiyi müsahibəni qısa ixtisarla təqdim edir: 

- Son günlər müzakirə olunan məsələlərdən biri də həbsdən azadlığa buraxılan sabiq sahiyyə naziri Əli İnsanovun və məhkəmə prosesi gedən vaxtı ilə Yeni Azərbaycan Partiyasının üzvü kimi millət vəkili seçilmiş Hüseyn Abdullayevin açıqlamalarıdır. Bu barədə nə deyə bilərsiniz?

- Öncə demək istərdim ki, hər iki insan dövlətin və xalqın külli miqdarda əmlakını əsassız və zor gücü ilə mənimsəyərək, cinayət törədiblər. Həyat göstərir ki, bütün zamanlarda xalqın əmlakı mənimsənilirsə, bunun cavabını qanun və Allah verir. Hamı tarixin bu təcrübəsindən ibrət götürməlidir.  pizza sifarişi

Bu barədə kifayət qədər danışılıb, mövqe bildirilibdir. Əlbəttə, mən də öz mövqeyimi bildirmişəm. Qısaca olaraq əlavə etmək istərdim ki, Heydər Əliyevin işığında formalaşmış, yüksək mövqe tutmuş, hər zaman Ulu Öndərin kölgəsinə sığınan adamların bugün bu siyasətə qarşı çıxmasını nə xalq bağışlayar, nə də Allah. Çünki bunun adı həm xəyanətdir, həm də sərt nankorluqdur. Belə insanların aqibətini hər kəs bilir.

- Ümumiyyətlə, onlar hakimiyyəti ittiham etməkdə nə qədər haqlıdırlar?

- Bu insanlar danışdıqca özlərini daha da ifşa edirlər. Axı, Azərbaycan xalqı hər kəsin keçmişini çox gözəl bilir. Bu uzaq tarix deyil ki, unudulsun. Onlar hələ də anlamırlar kı, Heydər Əliyevə və ya onun siyasətinə, onun qoyduğu yola qarşı olmaq xalqa qarşı olmaqdır. Çünki biz Heydər Əliyev deyəndə Azərbaycan xalqını başa düşürük. 91-93-cü illərdə Azərbaycan dünya xəritəsindən yox olmaq təhlükəsi ilə üzləşmişdi, ölkə parçalanırdı. Heydər Əliyevin dühası sayəsində Azərbaycan bu gün dünya birliyində öz yeri olan ölkəyə çevrilib. 

- Amma onlar da hakimiyyətin qurucularından olduğunu bildirirlər...

- Heydər Əliyevin hakimiyyətə gətirilməsində ən əsas faktor zamanın və Azərbaycan xalqının zərurətdən doğan qətiyyətli tələbi idi. O zaman xalqın gücü bir sel gücü kimi idi. Bütövlükdə xalq üzünü Naxçıvana döndərmişdi. Heydər Əliyev Sovet dövründə çox yüksək vəzifələrdə olmuş böyük dövlət adamı idi. Onun heç bir vəzifəyə ehtiyacı yox idi. Ölkə xaos içində idi, fəlakətlə üzbə-üz qalmışdı. Ulu Öndər xalqımızı və müstəqilliyimizi qorudu. Daha doğrusu, Hakimiyyətin də, Dövlətin də qurucusu Heydər Əliyev və Xalq oldu. Bunu bugün hər kəs bilir. 

- Bir məqama da diqqətinizi çəkmək istərdim. Hüseyn Abdullayev Avropaya güvənirdi və ora sığınmışdı. Əli İnsanov isə çıxışlarında Amerika və Qərb tərəfindən dəstəkləndiyini vurğulayır. Bu barədə nə deyə bilərsiniz?

- Bu fikirlər hər kəsdə acı gülüş doğurur. Bu fikirləri səsləndirən insanlar öz millətinin qüruruna, xüsusilə də şəhidlərimizin ruhuna hörmətsizlik etmiş olurlar. 

Azərbaycan müstəqil dövlətdir. Müstəqillik uğrunda minlərlə oğullarımız şəhid olmayıblar ki, ölkəmiz haranınsa aləti olsun. Bu gün möhtərəm Prezidentimizin yürütdüyü siyasət nəticəsində heç kim Azərbaycanla təzyiq dili ilə danışa bilməz. İstər beynəlxalq layihələr, istər Qarabağ, istərsə də başqa məsələlərdə Prezidentimizə təzyiq olur ki, güzət eləsin, amma o, Azərbaycanın, xalqımızın milli maraqlarını üstün tutaraq qətiyyətli mövqeyini ifadə edir. Prezidentimiz bütün beynəlxalq tədbirlərdə çıxış edərək Qarabağ məsələsi ilə bağlı qəti mövqeyini bildirir. Yəni, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycana təzyiq edib nəsə əldə etmək mümkün deyil. Zaman göstərdi ki, Qərb, Avropa və Amerika bəzən haqq-ədaləti deyil, öz marağını güdür.

Bu gün Avropadakı bəzi dairələr siyasi məhbus iddiası ilə əsassız bəyanatlar verirlər. Amma Hüseyn Abdullayev, Əli İnsanov kimi insanlar siyasi məhbus deyillər axı. Onların həbs olunması konkret cinayətə görə baş verib. Beynəlxalq təşkilatlar da dərk edirlər ki, belə adamları müdafiə etməklə özlərinin qalan imiclərini də itirəcəklər. Bəzi qüvvələr buna çalışsalar da, Azərbaycan xalqı bu cür oyunlara inanmır. Onların “demokratiya”, “insan hüquqları”, “söz azadlıqları” maskaları çoxdan cırılıbdır. Çünki bu cür təşkilatların demokratiya adı altında başqa niyyətləri gizlənir və bunu artıq dünya bilir. 

- O fikirlər səslənir ki, Əli İnsanov faktoru hakimiyyətdə qopmalara səbəb ola bilər. Guya kimlərinsə açıq, yaxud da gizli şəkildə ona dəstək verməsi mümkündür. Bunu nə qədər real saymaq olar?

- (Gülür) Kim deyir ki? Vallah, bu sözlər o qədər gülməlidir. Əli İnsanovu bundan sonra kim dəstəkləyər, kim onun yanına gedər? Bu adamların heç sosial bazaları da yoxdur. İstər ənənəvi radikal müxalifətin, istərsə də Əli İnsanov və onun kimilərin ətrafında heç kim yoxdur, olmayacaq da. 

Bu bir gerçəklikdir ki, bütün cəmiyyətlərdə müəyyən narazı təbəqə olur. Bu insanlar iqtidara qarşı narazı deyil, onlar müəyyən və konkret məmurlara qarşı narazıdırlar. Onlar heç vaxt İlham Əliyevə qarşı deyillər. Bunu xarici və daxili araşdırmalar, sorğular da sübut edir. Özünü müxalifət adlandıran qüvvələr isə bu təbəqədən istifadə etməyə çalışsalar da, cəhdləri nəticəsiz qalır. 

Bu gün hər kəs bilir ki, Azərbaycan Prezidenti kürsüsünə kim layiqdir. Bu adamlar möhtərəm Prezidentimizin səviyyəsinin milyonda biri deyillər, heç vaxt da onunla ayaqlaşa bilməzlər. Bir-iki qohum-əqrəbalarından başqa heç kim dəstəkləməz. Ağlı başında, dünya görüşü olan insanlar onlardan uzaq dururlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!