“Onlar illər sonra yenə də “Qarabağ” deyəcəklər”

saytların hazırlanması

Evə çatdırılma

“Onlar illər sonra yenə də “Qarabağ” deyəcəklər”

Siyasət

12 Noyabr 2020 12:17 2112


Sentyabrın 27-də başlayan müharibə şanlı Azərbaycan ordusunun qalibiyyəti ilə başa çatıb. 

Yenisabah.az-a açıqlama verən Xalq artisti Rasim Balayev qələbə xəbərini eşidəndən bəri özünə gələ bilmədiyini, xəbərə hədsiz sevindiyini qeyd edib:

 “O qədər xoş təəssüratlarım var ki, sözlə izah edə bilmirəm. Hər şey çox gözəldir. Biz bu xəbəri illərdir gözləyirdik, şükürlər olsun ki, qələbə bizimdir. Uzun illərin xəcaləti üstümüzdən götürüldü. Mən xəbəri alandan bəri neçə gündür şok vəziyyətindəyəm. Düzü, mən tamam əlimi üzmüşdüm ki, daha  Qarabağ getdi, biz gecikdik. Amma şükürlər olsun, bu günü gördük, qələbə çaldıq”. Dominos pizza

Sənətçi hesab edir ki, ermənilərə bel bağlamaq olmaz. Onlar nə vaxtsa yenə də təxribata əl ata bilərlər:

“Sərhəddə olan əsgərlərimiz hər zaman ayıq-sayıq olmalıdırlar. İllər keçsə də biz ehtiyatlı olmalıyıq. Məsələn, Xankəndində vəzifəyə bir dənə də olsun erməni qoymaq olmaz. Çünki illər  sonra onlar yenə çirkin əməllərinə davam edəcəklər. Bunlarla mümkün deyil, bilmirəm nə üzlə gəlib orada yaşayacaqlar. Onlar təxribat törətmək, metronu partlatmaq istəyəcəklər. Biz  çox alçaq düşmənlə qonşuyuq. Heç  vaxt ayıqlığımızı itirməməliyik. Tarixə nəzər salın, ruslarla almanlar vuruşdu, almanlar uduzdu. Lakin illər keçdi, hazırda Rusiya ilə Almaniya arasında normal münasibət var. Amma Ermənistanla biz əbədi düşmənik. Çünki onlar illər sonra yenə də “Qarabağ, Qarabağ” deyəcəklər”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!