Onlar saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Onlar saxlanıldılar

Kriminal

02 Noyabr 2025 15:57 494


Sumqayıtda və Bakının Binəqədi rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sumqayıtda polisə ümumilikdə 5 650 manatlıq inşaat materillarının oğurlandığı barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb. Sezar pizza

Bakının Binəqədi rayonunda isə bir nəfərin 3 900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!