Onlar üçün yeni il başlamadan bitdi

saytların hazırlanması

Evə çatdırılma

Onlar üçün yeni il başlamadan bitdi

Hadisə

02 Yanvar 2020 10:21 1023


Yanvarın 1-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb.

"Yeni Sabah" xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Marqarita pizza

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!