Onların adları “Qızıl Top”a namizədlərin siyahıında yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Onların adları “Qızıl Top”a namizədlərin siyahıında yoxdur

İdman

08 Avqust 2025 11:49 350


"İnter Mayami"nin futbolçusu Lionel Messi və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "France Football" jurnalının açıqladığı 2025-ci ilin “Qızıl Top” mükafatı üçün namizədləri siyahısında yer almayıblar.

Yenisabah.az xəbər verir ki, onlar artıq ikinci ildir ki, futbolun ən nüfuzlu fərdi mükafatlarından biri uğrunda mübarizə aparacaqlar arasında yoxdur. 

Argentinalı oyunçu “Qızıl Top”u rekord sayda – 8 dəfə qazanıb. Portuqaliyalı futbolçu isə bu mükafata 5 dəfə sahib olub. Sezar pizza

2025-ci il üçün namizədlər siyahısında 30 futbolçu yer alıb. “Qızıl Top”un təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək. Ötən il bu mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!