“Onların jurnalistikanın baş hərfindən xəbəri yoxdur“ - Baş redaktor

saytların hazırlanması

Evə çatdırılma

“Onların jurnalistikanın baş hərfindən xəbəri yoxdur“ - Baş redaktor

Sosial

03 İyul 2020 22:48 1033


“Azərbaycan mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi təqdirəlayiq haldır. Ümid edirəm ki, mətbuatın cəfasını çəkən jurnalistlər bayram ərəfəsində layiq olduqları qiyməti alacaqlar”.

Bu fikirləri “AzPolitika.info”ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.

Baş redaktor bildirib ki, Azərbaycanda fəxri ad almağa haqqı çatan xeyli jurnalist var:  Pepperoni pizza

“Prezidentin sərəncamının mürəkkəbi qurumamış jurnalist təşkilatlarının sədrlərinə, KİV rəhbərlərinə müraciət edib, onlardan təqdimat prosesində ədalət prinsipini gözləməyi xahiş etdim. Hamıdan rica etdim ki, dostbazlıq, qohumbazlıq edib istedadlı jurnalistlərin yoluna daş dığırlamasınlar. Heç olmasa, bu dəfə haqqı çatan adamların mükafatlandırılmasına mane olmasınlar. İnanıram ki, redaktor həmkarlarım səsimə səs verərək, mətbuatın cəfasını çəkən zəhmətkeş jurnalistlərin mükafatlandırılmasını təmin edəcəklər”.

Seymur Verdizadə onu narahat edən vacib bir məqama da toxunub. Qeyd edib ki, Prezidentin məlum sərəncamından sonra ortaya düşən bir qrup adamın hərəkəti onu məyus edib: 

“Fəxri ad davası aparan elən adamlar var ki, onların jurnalistikanın baş hərfindən xəbəri yoxdur. Hələ indiyə kimi bircə ciddi yazının altına imza qoymayıblar. Ay qardaş, ay bacı, sən indiyə kimi hansı xəbəri yazmısan, hansı araşdırmanı aparmısan, hansı müsahibəni götürmüsən? Ayıb deyilmi? Özünə hörmət edən adam qohum-qardaşına, dost-tanışına necə deyə bilər ki, filan statusun altından mənim adımı yaz? Axı bu kiçik ölkədə kimin sözün, kimin pulun qulu olduğunu hamı yaxşı bilir. Siz niyə anlamırsınız ki, bu məsələlər sosial şəbəkələrdə həll olunmur? İnsanlar kənardan bizə baxır. Orden-medal ehtirasınızı içinizdə boğun, boyunuzdan böyük iddialarınızla camaatı bizə güldürməyin. Özünüz cəhənnəm, jurnalistikanı hörmətdən salmayın!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!