Onlayn narkotik satan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Onlayn narkotik satan şəxs saxlanıldı

Kriminal

07 Aprel 2022 15:24 658


Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.

Bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub. Marqarita pizza

Tural Kərimov ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib.

Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Məhkəmənin qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!