"Onunla 3 il birlikdə işlədik, bir dəfə içkili olduğunu görmədim".
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu "Səbail"in sabiq baş məşqçisi Mahmud Qurbanov bildirib.
O, Robert Prosineçkinin Azərbaycan millisində çalışarkən intizamsızlığının şahidi olmadığını söyləyib: Dördpendirli pizza
"Bəlkə əvvəllər olub. Amma hər gün AFFA-da görüşür, harasa gedirdik. Tez-tez bizi bir yerə toplayırdı, birlikdə yemək yeyirdik. Onunla işlədiyim 3 illik müddətdə heç vaxt içki qəbul etməsinin şahidi olmadım".
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə başçılıq edib.
Telegram kanalımız