Oqtay Əsədov İtaliyaya gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əsədov İtaliyaya gedəcək

Siyasət

04 May 2019 11:33 1092


Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Milli Məclisin nümayəndə heyəti İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaq. Marqarita pizza

Səfər mayın 8-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!