Ordubadda avtobus qəzası: Yüzlərlə abonentin qaz təchizatı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ordubadda avtobus qəzası: Yüzlərlə abonentin qaz təchizatı dayandırıldı

Hadisə

20 Dekabr 2025 19:17 672


Ordubad rayonunda avtobus qaz xəttinə çırpılıb. Qəza zamanı ortatəzyiqli dairəvi qaz xətti zədələnərək sıradan çıxıb.

"Yeni Sabah" xəbər verir ki, hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində M.F.Axundov küçəsində yerləşən Kolanı kəndində 157 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Eyni zamanda Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, eləcə də Gənzə və Anabat kəndlərində 335 abonentdə qazın təzyiqində azalma qeydə alınacaq. Dördpendirli pizza

Qaz xəttində aparılan bərpa işləri başa çatdıqdan sonra ərazidə təbii qazın verilişi tam şəkildə bərpa ediləcək./Oxu.Az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!